Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 864 $▲1.18%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Tramp və Putinin gizli anlaşması - Ər-Riyad görüşü ilə bağlı sensasion detal

image-2025-02-18-21-29-47ob0jagc9uno7hc9p9xeo_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səudiyyə Ərəbistanı Ukraynanın Ər-Riyad danışıqlarına dəvət olunmasını təklif etsə də, ABŞ və Rusiya bunun əleyhinə çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Vladimir Zelenski deyib ki, Ukraynanın görüşə dəvət edilməməsi onun üçün sürpriz olub.

“Ukraynasız Ukraynada müharibənin necə dayandırılacağı ilə bağlı qərar qəbul etmək mümkün deyil. Biz bu görüşə müəyyən şərtlərə görə dəvət edilmədik. Səudiyyə Ərəbistanında Rusiya-Amerika görüşü. Bu, bizim üçün sürpriz oldu. Eləcə də bir çoxları üçün”, – Zelenski deyib.

O, bütün bu hadisələrlə əlaqədar sabaha planlaşdırılan Səudiyyə Ərəbistanı səfərini də ləğv etdiyini bildirib. Səfər martın 10-na təxirə salınıb.

Ər-Riyadda bu gün keçirilən danışıqları və ABŞ və Rusiyanın Ukrayna nümayəndələrinin bu görüşə dəvət edilməsinin əleyhinə olması barədə məlumatı şərh edən Bloomberg, Zelenskinin Ukraynanın taleyi ilə bağlı müzakirələrdən kənarda qaldığını bildirib.

“Rusiyanın işğalına qarşı durduğu üçün bütün dünyada sayılan liderin danışıqlarla bağlı vasitəçidən məlumat istəməsi (o, danışıqların nəticəsi barədə Səudiyyə vəliəhdi tərəfindən məlumatlandırılmalı idi – Red.) ABŞ diplomatiyasında Tramp-Putin danışıqlarından sonra seysmik dəyişikliyi vurğulayır. Danışıqlar və ABŞ-la Rusiya arasında yüksək səviyyədə görüş ABŞ-nin yeni administrasiyasının hərbi münaqişəyə son qoymaq üçün hədsiz sürətlə razılığa gəlməyə çalışdığını göstərir , – nəşr yazır.

Bloomberg qeyd edir ki, eyni zamanda, Zelenski və Avropa Trampa təsir etmək və “ya razılaş, ya da get” prinsipi üzrə razılaşmadan qaçmaq üçün yollar tapmağa çalışır. Çünki Zelenski sadəcə olaraq “ultimatumu rədd edərsə”, bu, Ukraynanın ən böyük hərbi müttəfiqi olan ABŞ-ı ondan uzaqlaşdıra bilər.

Nəşr həmçinin ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenin “Beynəlxalq sistemdə masa arxasında deyilsinizsə, menyudasınız” sözlərini də sitat gətirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159654