
Tramp Venesuelada hökumətin dəyişməsinə İCAZƏ VERİB
ABŞ prezidenti Donald Tramp MKİ-nin Venesuelaya qarşı hökumət dəyişikliyinə səbəb ola biləcək aqressiv hərəkətlərinə icazə verib. Trampın gizli əmri birbaşa Venesuela prezidenti Nikolas Maduronu devirmək əmri deyil, lakin bu, bu nəticəyə gətirib çıxara bilər.
Busaat.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti yazıb.
Qəzeti yazır: “Trampın dəqiq göstərişləri çox məxfi olsa da, prezidentin imzaladığı sənədlə tanış olan iki şəxs bunu Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuela hökumətinə və onunla əlaqəli narkotik alverçilərinə qarşı aqressiv fəaliyyətə icazə verən sərəncam kimi qiymətləndirib”.
Yeganə






















