Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.49 $▲0.23%
  • WTI neft88.44 $▲0.11%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.150 $▼0.25%
  • Qızıl3 874 $▲0.11%
  • Gümüş47.71 $▲0.81%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.50 ¢▲0.47%
  • Bitcoin64 716 $▼0.92%
  • Ethereum1 811 $▼1.26%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

“Trendyol”la bağlı mühüm xəbər - Bundan sonra...

image-photo_201693
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb.

Busaat.az xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.

“Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bu barədə fikirlərini bölüşərək deyib:

“Artıq neçə müddətdir ki, Azərbaycanda “Trendyol”un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik”.

Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib:

““PAŞA Holding” ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq”.

“Trendyol” müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.Yeniavaz.com

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108314