Tunis sahillərində miqrant qayığı batdı: 5 nəfər öldü

image-qayiqbackend

Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 5 nəfərin həyatını itirdiyi, 28 nəfərin itkin düşdüyü bildirilib.

Busaat.az xəbər verir ki, Qayıq qəzasında həyatını itirən və itkin düşənlər afrikalı mühacirlərdir.

Qayıqda neçə miqrantın olduğu hələlik məlum deyil.

Tunis Sosial və İqtisadi Hüquqlar Forumunun rəsmisi Romadan Ben Ömər açıqlamasında Tunisin Sfaks sahillərində batan qayıqda olan 5 immiqrantın sahil mühafizəsi tərəfindən xilas edildiyini bildirərək, mühacirlərin psixoloji durumunun ağır olduğunu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90