Türk lirəsi dollar qarşısında tarixi minimuma enərək 19,91 səviyyəsinə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə RBC beynəlxalq Forex bazarı üzrə ticarət məlumatlarına istinadən məlumat yayıb.
Günorta saatlarına olan məlumata görə, dolların lirə qarşısında məzənnəsi əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,34% artaraq 19,6 lirə olub.
Ekspertlər lirənin ABŞ-yə qarşı yüksək volatilliyini prezident seçkilərinin nəticələri ilə bağlı artan narahatlıqla izah edirlər. Bazar hökumət dəyişikliyi ilə yarana biləcək qeyri-müəyyənlik və səlahiyyətlilərin gələcəkdə məzənnəni necə idarə edəcəyi ilə bağlı narahatlıqları əks etdirir. Eyni zamanda dolların məzənnəsi yerli Mərkəzi Bankın tələbi ilə Türkiyə bankları tərəfindən süni şəkildə tənzimlənir”, – məlumatda deyilir.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
Busaat.az