“Türkiyə bu terror hücumunda ABŞ-ı günahlandıra bilər” – EKSPERT RƏYİ

image-314996702_1171770630431349_1151061865849046476_nbackend

Türkiyədə bazar günü törədilmiş terror hadisəsi və sonrakı proseslər öz aktuallığını qoruyur.

Bu terrorun geosiyasi qarışıqlıq və Türkiyənin daxili siyasətində mötəbər hadisələrin baş verməsi ilə paralel zamanda təşkil edilməsi müəyyən suallar doğurub.

Busaat.az bu kimi suallarla bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:

image-yap_ilyas_140320

“Qeyd etmək lazımdır ki, Türkiyə terrordan əziyyət çəkən bir dövlətdir. Vaxtaşırı Türkiyəyə qarşı xain hücumlar həyata keçirilir. Türkiyə buna qarşı öz primitiv tədbirlərini həyata keçirməkdədir. Hətta Türkiyə ölkə hüdudlarından kənarda terror qarşı mübarizə aparır, ölkənin təhlükəsizliyini təmin edir. İstanbulda baş verən alçaq terror hücumu düşünürəm ki, cavabsız qalmayacaq. Məhz Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun ABŞ-ın ünvanladığı başsağlığını geri çevirməsi artıq onu deməyə əsas verir ki, Türkiyə tərəfi bu terror hücumunda ABŞ-ı günahlandıra bilər. Bununla bağlı Türkiyədə müəyyən təbliğat da başlanıla bilər. Çünki Türkiyə tərəfi bütün tarixi boyunca ona qarşı olunan xain hücumları heç vaxt cavabsız qoymayıb”.

Türkiyədə yaşanacaq prezident seçkiləri, qarşıdan gələn cumhuriyyətin elan olunmasının 100 illiyi və Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ekspert qeyd edib: “Eyni zamanda Türkiyə çox çətin bir dövrə qədəm qoyur. Həm qarşıdan Türkiyədə prezident seçkiləri gəlir, həm də cumhuriyyətin elan olunmasının 100 illiyi və bir sıra mötəbər tədbirlər həyata keçiriləcək. Ona görə də Türkiyəyə qarşı məkrli planlar icra olunmaqdadır. Həm Yunanıstanın silahlandırılması, həm Türkiyənin geosiyasi ambisiyalarına qarşı fəaliyyətin icra olunmasının şahidiyik. Ona görə də biz qardaş Türkiyənin yanında olmalıyıq. Vətən müharibəsində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. Türkiyə xalqı hər gün Qarabağda baş verən proseslərlə maraqlanırdı. Ona görə də biz ulu öndər Heydər Əliyevin qoyduğu fəlsəfəylə münasibətlərimizi artırmalıyıq. Bir millət iki dövlət amalı bizim üçün əsas dəyərdir. Ona görə də Türkiyənin sevincli günündə də, kədərli günündə də biz onun yanındayıq. Bu sözləri də Türkiyənin Milli lideri Mustafa Kamal Paşa demişdir. Türkiyəyə qənim kəsilən bütün əlləri də, amalları da, tədbirləri də məhv etməyə çalışmalıyıq. Ona görə də bu faciə, bu terror hücumu mütləq şəkildə öz cavabını almalıdır. Artıq şübhəli bilinən şəxs saxlanılıb. Amma bu hələ ilkin tədbirlərdir. Gələcəkdə bu tədbirlərin davam etdirilməsi gərəklidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki