“İsrailin Qəzzaya qarşı insanlıqdan kənar hücumları hər kəsin ürəyini qanadır”.
Busaat.az “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə-İspaniya Biznes Forumunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Forumda İsrailin Qəzzadakı qətliamına toxunan Ərdoğan bildirib ki, artıq 250 gündür İsrail Qəzzada soyqırımı davam etdirir:
“İsrail rəhbərliyinin bütün çağırışlara baxmayaraq, davam etdirdiyi bu soyqırım bütün dünyada antisemitizmi də qızışdırır. Vicdanı olan ölkələr bu qətliamı qəbul edə bilməz”.