Türkiyə və Rusiya xarici işlər nazirləri taxıl sazişini müzakirə edəcəklər

image-hakan-fidan-ve-sergey-lavrovbackend
image-uzb_ads_desk

Türkiyə xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında keçiriləcək danışıqlarda taxıl sazişi müzakirə mövzularından biri olacaq.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov jurnalistlərə bildirib.

“Gözlənildiyi kimi, iyulun 17-də Ukraynanın ərzaq ixracına dair İstanbul razılaşmaları və Qara Dəniz Təşəbbüsü ilə bağlı vəziyyət və yerli kənd təsərrüfatı ixracının normallaşdırılmasına dair qüvvədə olan Rusiya-BMT memorandumu, şübhəsiz ki, qarşıdan gələn Rusiya-Türkiyə görüşünün mövzularından biri olacaq. Xarici işlər nazirləri səviyyəsində danışıqları bu gün elan etmişəm”, – rusiyalı diplomat deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-dən sentyabrın 1-dək Rusiyaya səfər edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki