
Türkiyədə koronavirusdan daha bir ölüm – 359 yoluxma
Türkiyədə koronavirus pandemiyasından dünyasını dəyişənlərin sayı 4-ə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O, 85 yaşlı qadının koronavirusdan dünyasını dəyişdiyini bildirib. Nazirin sözlərinə görə, son 24 saat ərzində 1981 nəfər üzərində analiz aparılıb, onlardan 168-nin nəticəsi pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.























