Ötən gün Türkiyədə baş verən 6.8 bal gücündəki zəlzələ ilə bağlı daha bir diqqət çəkən məlumat yayılıb.
axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli professor Feyzi Bingöl Elazığdakı yeraltı təkan barədə xəbərdarlıq etmiş, hətta zəlzələnin gücünü də açıqlamışdı. Belə ki, F.Bingöl ötən ilin dekabrında Elazığda 4.9 bal gücündə baş verən zəlzələdən sonra 6-7 bal gücündə də yeraltı təkanın baş verəcəyini bəyan etmişdi.
“Ərzincan və Ərzurumdan başlayan və İstanbul da daxil, Şərqi Anadolu faylından başqa Türkiyənin ikinci böyük fayı da var. 5 bal gücündə olan bu faylar Sivricə mahalında bir neçə il içərisində tez-tez təkrarlanır. 1978-ci ildən bəri mütəmadi olaraq narahatlıqla danışırıq. Xüsusilə, Elazığ, Malatya, Bingöl, Qaziantep və Qəhrəmanmaraşa uzanan bu fayın 7 bal gücündə zəlzələyə səbəb olma riski var”, – Bingöl qeyd etmişdi.