Türkiyədən Ərdoğan-Putin danışığı barədə AÇIQLAMA

image-1646570698_inbound5818038787752868669backend

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi telefon söhbətində Rusiyanın Ukraynaya hücumu, eləcə də, ikitərəfli münasibətlər müzakirə olunduğunu açıqlayıb.
Bildirilib ki, Ərdoğan Ukrayna məsələsinin ən qısa zamanda sülh yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib.
“Təcili ümumi atəşkəs bölgədəki humanitar gərginliyi aradan qaldırmaqla yanaşı, siyasi həll axtarışlarına da fürsət yaradacaq. Birlikdə sülh yolu açaq”, – Türkiyə lideri çağırış edib.
Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh müqaviləsinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
Ukrayna tərəfi və digər ölkələrkə mütəmadi təmasda olduğunu bildirən Ərdoğan hərtərəfli müzakirələrin aparılması və nəticə alınması üçün cəhdləri davam etdirəcəyini dilə gətirib.
(Qafqazinfo)
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki