Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.66 $▼0.86%
  • Avropa qazı (TTF)85.05 €▼5.12%
  • Təbii qaz (ABŞ)2.986 $▲1.01%
  • Qızıl4 055 $▲0.03%
  • Gümüş51.79 $▲0.47%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda596.50 ¢▲0.21%
  • Bitcoin75 503 $▼0.61%
  • Ethereum2 226 $▼0.41%
  • S&P 5007 428▲0.96%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Türkiyədən təhlükəsiz turizm üçün DAHA BİR ADDIM – VİDEO

image-tu-rkiye-turizm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) kordinasiyası ilə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsinə başlanıb.

Busaat.az  xəbər verir ki, peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edəcək. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. Peyvəndləmə “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Türkiyə COVİD-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikat Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi edib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirlər alır və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43478