Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.44 $▼1.22%
  • WTI neft91.04 $▼0.45%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.992 $▲1.22%
  • Qızıl4 072 $▲0.44%
  • Gümüş51.89 $▲0.67%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 772 $▼0.26%
  • Ethereum2 232 $▼0.11%
  • S&P 5007 401▲0.60%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

“Türkiyənin ölkəmə dəstəyinin davam etməsini istəyirik”- Kosovo prezidenti

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kosovo prezidenti Vjosa Osmani ölkəsinin beynəlxalq təşkilatlara üzvlüyü, daha çox ölkə tərəfindən tanınması və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün “Türkiyənin ölkəsinə dəstəyinin davam etməsini” istəyib.

Kosovo Prezident Aparatından verilən məlumata görə, prezident Osmani Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Anqılı ilə görüşüb.

Görüş zamanı Kosovoda baş verən son siyasi proseslər və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi kimi məsələlər müzakirə edilib.

Osmani görüşdə Türkiyənin davamlı dəstəyini və iki ölkə arasında dostluq əlaqələrini yüksək qiymətləndirərək, Türkiyənin Kosovonun strateji tərəfdaşı və güclü dəstəkçisi olduğunu vurğulayıb.

Dövlət başçısı V.Osmani Kosovonun beynəlxalq təşkilatlara üzv olması, daha çox ölkə tərəfindən tanınması və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün “Türkiyənin Kosovoya dəstəyi davam etməlidir” ,-deyə dilə gətirib.

Görüş zamanı iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156640