Türkmənistanda prezident seçkilərinə hazırlıq: “Bu şəxs yeni prezident seçilə bilər” – Şərh

image-61dad4ebdfd973d454cbfa3e2c3a8f20-768x403backend

“Bediməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilər”.

Türkmənistanda martın 12-də keçiriləcək növbədənkənar prezident seçkisi üçün seçki kampaniyasına start verilib. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkinin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər.

Bu mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Busaat.az-a açıqlamasında bildirib ki, Hakim Türkmənistan Demokratik Partiyasının namizədinin bu il prezident Qurbanqulu Berdiməhəmmədov olmayacağı gözləniləndir:

image-1633520950

“Hazırda Türkmənistanda üç siyasi partiya var: Bunlar hakim Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır. 2017-ci ildəki seçkilərdə prezident vəzifəsinə 9 namizəd qeydə alınmışdı. Onlardan ikisi Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası üzvü, “Rısqal” aksioner-kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev və Türkmənistan Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Oraz Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülmüşdü. Mümükündür ki, bu dəfəki seçkilərdə də müxalifət partiyaların namizədləri həmin şəxslər olsun.

Hakim Türkmənistan Demokratik Partiyasının namizədi bu il prezident Qurbanqulu Berdiməhəmmədov olmayacaq. Belə ki, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışı zamanı dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib.
Q.Berdiməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasında – Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirmək istədiyini bəyan edib”.

Turan Rzayv qeyd edib ki, bu addımla Berdiməhəmmədov varisinin yerini möhkəmlətmək istəyir:

“O, gənc nəsil deyərək əslində ailə üzvlərindən biri, daha dəqiq oğlu Sərdar Berdiməhəmmədovu nəzərdə tutur. Prinsip etibarilə Türkmənistan Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü olan 40 yaşlı Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki ikinci şəxs sayılır. Bundan başqa, Sərdar Berdiməhəmmədov hələ keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda da çalışıb. Ölkə qanunvericiliyinə görə, Sərdar Berdiməhəmmədov yeni prezident seçilə bilər. Belə ki, Türkmənistanda doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı prezident seçilə bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki