Türkün zəfər marşını çalan, dünyanın ən qədim Orkestrı –Fotolar

image-img-20210218-wa0034backend

1-ci hissə

Mənə elə türk göstərin ki, türkün Mehtər marşı çalınanda riqqətə gəlməsin. Bəzən bu marş sədaları altında türk qövmü savaşa atılıb, son damla qanına qədər savaşıb. Bu gün qardaş Türkiyədə dünyanın ən qədim orkestrlərindən birinin ənənəsini yaşadan orkestr var. Busaat.az xəbər verir ki, qədim türk tayfaları döyüşə atılanda məhz cəngi-musiqi sədaları ilə döyüşə girirdilər. Türkiyənin və dünyanın ən qədim orkestri kimi qəbul edilən Cumhurbaşqanlığı Simfonik Orkestri yaranma tarixi yüzilliklər öncəyə gedib çıxır.

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər Ankarada Cümhurbaşqanlıq Simfonik orkestrini ziyarət ediblər. Qədim tarixə malik olan bu orkestrin yaranması 1826-cı ilə təsadüf edir.

Sultan II. Mahmudun dövründə ordu üçün müasir hərbi orkestr qurulur və daha sonra xüsusi dəvət ilə italyan musiqiçi Giuseppe Donizetti 1828-ci İstanbula gəlir və hərbi orkestrə rəhbərlik etməyə başlayır. Bu, Osmanlı dövründə ilk rəsmi musiqi məktəbi sayılırdı. Böyük tarixi ənənləri özündə yaşadan bur orkestri ziyarət edən jurnalistlər öz heyranlıqlarını gizlədə bilmirdilər. Dünyanın bir çox ölkəsində konsertlər verən bu orkestr bu gün də Türkiyənin və dünyanın ən böyük orkestrlərindən sayılır.

image-img-20210218-wa0022 image-img-20210218-wa0021 image-img-20210218-wa0020 image-img-20210218-wa0018 image-img-20210218-wa0019 image-img-20210218-wa0016 image-img-20210218-wa0017 image-img-20210218-wa0014 image-img-20210218-wa0015image-img-20210218-wa0041 image-img-20210218-wa0040 image-img-20210218-wa0039 image-img-20210218-wa0038 image-img-20210218-wa0037 image-img-20210218-wa0036 image-img-20210218-wa0035 image-img-20210218-wa0034 image-img-20210218-wa0033 image-img-20210218-wa0032image-img-20210218-wa0031 image-img-20210218-wa0030 image-img-20210218-wa0029 image-img-20210218-wa0028 image-img-20210218-wa0027 image-img-20210218-wa0026 image-img-20210218-wa0025 image-img-20210218-wa0024 image-img-20210218-wa0023 image-img-20210218-wa0043 image-img-20210218-wa0042

Ankaradakı Sənətin Ürəyi: Cermodern Tarixi

Türkiyəyəyə yolu düşən turistlər sözsüz Ankaranı mədəniyyət beşiyi kimi qəbul edirlər. Buna əsas verən dəlillər də var. Ankarada çoxsaylı muzeylər, qalereyalar, tarix və mədəniyyət abidələri var. Ankaranın məşhur tarixi salonlarından biri də sözsüz sərgiləri, açıq hava kinoteatrı, konfrans salonları və sənət atelyeləri ilə zəngin Cermodern salonudur.

Cermodernin əslində, çox uzun bir tarixi yoxdur. 2010-cu ildə açılan Cermodern bu günə qədər bir çox tədbirə ev sahibliyi edib. Sərgilər, konsertlər, film nümayişləri, seminarlar və .s məhs bu salonda baş tutur.

Cermodern köhnə vaqon təmiri sexlərinin bərpası nəticəsində qurulub. 4500 m2 sahəsi olan Cermodern Türkiyənin ən böyük sərgi salonudur. Ümumi sahəsi 11.500 m2 olan bir sərgi qalereyası, foto qalereya, muzey qalereyası, konfrans zalı, rəssam emalatxanası, kafe, park sahəsi və satış sahələri var.

Azərbaycanlı jurnalistləri bu möhtəşəm yerlə tanış edən bələdçilər bu ərazini Türk dünyasının mədəniyyət beşiyi olduğunu bildirdilər.

Sonda onu da qeyd edək ki, Cermodern turistlərin ən çox ziyarət etdikləri məkanlar sırasında ön yerdə durur. Yolunuz Ankaraya düşsə mütləq Cermoderni ziyarət etməyi unutmayın!

image-img-20210218-wa0045 image-img-20210218-wa0046 image-img-20210218-wa0047 image-img-20210218-wa0049 image-img-20210218-wa0050 image-img-20210218-wa0044 image-img-20210218-wa0048

#GoTürkiye
#OnlyInTürkiye
#ReTurkey
#SafeTourism
#ReadyAndSafeTürkiye
#SafeTourismTürkiye

Ardı var…

Emin Fərzəliyev / ANKARA

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki