Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.69 $▼1.98%
  • WTI neft90.56 $▼0.97%
  • Avropa qazı (TTF)85.41 €▼4.72%
  • Təbii qaz (ABŞ)2.988 $▲1.08%
  • Qızıl4 071 $▲0.42%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda593.00 ¢▼0.38%
  • Bitcoin75 749 $▼0.28%
  • Ethereum2 230 $▼0.24%
  • S&P 5007 423▲0.91%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Tutulan generala bu maddələrlə cinayət işi açıldı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işinə başlanılıb.

Busaat.az-ın məlumatına görə, saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.

İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçı olduqları bildirilir.

Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir./Qafqazinfo/

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9703