
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi
Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Busaat.az xəbər verir ki, Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməyib. Ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. “Qarabağ” dünən Avroliqanın qrup mərhələsinin 5-ci turunda səfərdə “Nant”a uduzduğu (1:2) üçün xal ehtiyatımız eyni qalıb.
Qeyd edək ki, 28-ci yerdəki Polşanın 17,750 xalı var.
Əlavə edək ki, siyahıya 99, 998 xalla İngiltərə başçılıq edir.























