UFC-nin ulduz döyüşçüsü Bakıya gələ bilməyib

image-img_6693backend

UFC döyüşçüsü Camal Hillin İsrail-İran gərginliyindən yaranan mövcud hala görə təyyarəyə minməkdən qorxduğu məlum olub.

Busaat.az xəbər verir ki, Camal Hillin olduğu təyyarə bu gün saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməli idi.

Sonra eniş vaxtı 15:35-ə təxirə salınıb.

Qeyd olunan vaxtda Bakıya eniş edən təyyarədə Hill olmayıb.

Xatırladaq ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq “UFC Fight Night”da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki