Ukraynanın energetika naziri German Qaluşenko Ukraynanın Avropaya elektrik enerjisi ixracını bərpa etdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, ötən ilin oktyabrında Rusiyanın Ukraynanın kritik enerji infrastruktur obyektlərinə raket və dronlarla hücuma başlamasından sonra Ukrayna Avropaya elektrik enerjisi ixracını dayandırıb.
Dünən axşam verdiyi açıqlamada Qaluşenko, “İxracımızı bərpa etdik”, – deyib və əlavə edib: “Rusiya enerji sistemimizi məhv edə bilmədi”.
Qaluşenko bəyan edib ki, ixracın bərpasına baxmayaraq, Ukrayna xalqını elektrik enerjisi ilə təmin etmək prioritet məsələdir.
Ukrayna Moldova, Macarıstan, Slovakiya və Polşaya elektrik enerjisi ixrac edir. Avropa İttifaqı Ukraynanın əsas enerji ixracat bazarıdır.