Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Ukrayna böhranında udan və uduzan ölkələr: Fransa və Almaniya strateji xarakterli oyun aparır”

image-ggm_0exjceyy0roox4gxhg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Almaniya və Fransa Avropa İttifaqını Amerikanın siyasi, iqtisadi, ticari və hərbi təsirindən çıxarıb müstəqil gücə çevirməyə çalışır”.

Bu sözləri Ukrayna ətrafında baş verən prosesləri analiz edən politoloq Züriyə Qarayeva Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərdə müharibə iddialarına səbəb olan gərginlik davam edir:

image-zuriye-qarayeva

“Proseslərin gərginləşdiyi bir vaxtda isə Rusiya ABŞ-ın təhlükəsizlik müqaviləsi ilə bağlı məktubuna cavab göndərib. Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi 11 səhifəlik məktubda Ukraynanın NATO-ya daxil olması halında Rusiya ilə NATO-nun üz-üzə gələ biləcəyi bildirilib: “Ukrayna NATO-ya qəbul edilərsə, “Şimali Atlantika Müqaviləsi”nin 5-ci maddəsinə əsasən ABŞ və müttəfiqlərinin Rusiya ilə birbaşa silahlı münaqişəyə cəlb edilmək kimi real təhlükəsi yaranır”.

Məktubda NATO-nun keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsi, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağını bəyan edən “Buxarest Formulası”ndan imtina olunması, Şimal Alyansının hərbi bazalarını 1997-ci ildə tərəflər arasında Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Akt imzalandığı vaxta geri qaytarmasını tələb edilir. ABŞ rəsmiləri bu təkliflərin birmənalı şəkildə qəbuledilməzliyini vurğulayır. Məhz Fransa və Almaniya rəsmiləri ilə görüşdən sonra Putinin ABŞ-ın təhlükəsizlik tələblərinə cavab məktubu yazması həmin iki gücün əhatə olunduğu qütbün daha effektiv olduğunu göstərir.

Makron və Şoltz əslində strateji xarakterli oyun aparır. Bu dövlətlər faktiki olaraq, Avropa İttifaqını Amerikanın siyasi, iqtisadi, ticari və hərbi təsirindən çıxarıb müstəqil gücə çevirməyə çalışır. Beləliklə, Qərbin öz daxilində geosiyasi liderlik uğrunda mübarizə yeni mərhələyə qədəm qoymuş olur. Bu mərhələnin başlıca özəlliyi Rusiyanın avropalılar tərəfindən fərqli yerə qoyulmasıdır. Bunun kimə faydalı olacağını yaxın gələcək göstərəcək. Lakin indiki vəziyyətdə Rusiya bir çox məsələdə istəyinə çatmış kimi görünür”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71844