
Ukrayna Donetski vurdu
Ukrayna ordusu Donetskə raketlərlə hücum edib.
Busaat.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) meri Aleksey Kulemzin sosial şəbəkədə verdiyi açıqlamada bildirib.
Raketlərdən birinin Donetskin sözdə administrasiya binasına düşdüyünü ifadə edən Kulemzin, “ABŞ istehsalı olan 3 ədəd çoxbarrelli HIMARS raketi atıldı. Raketlərdən biri şəhərdəki inzibati binaya dəydi” – deyə, söyləyib.
Binaya ciddi ziyan dəydiyini qeyd edən Kulemzin lazımi ehtiyat tədbirlərinin görüldüyünü bildirib.
Hadisə nəticəsində iki nəfərin yaralandığı haqqında məlumat verilib.




















