Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft89.56 $▼2.05%
  • WTI neft84.24 $▼1.67%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.238 $▲0.78%
  • Qızıl4 096 $▼0.70%
  • Gümüş52.65 $▼1.13%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.25 ¢▲0.08%
  • Bitcoin74 349 $▼1.21%
  • Ethereum2 098 $▼1.59%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

"Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"

image-ursula
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Avropa Komissiyası “Ukraynanın bərpası planı”nı təsdiq edib. Bu plan təkcə maliyyə yardımını deyil, həm də ölkədə ciddi islahatların aparılmasını nəzərdə tutur.
Busaat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen məlumat verib.
“Korrupsiya ilə mübarizə, dövlət idarəçiliyi, qanunun aliliyi və məhkəmələrin müstəqilliyi sahəsində həlledici islahatlar aparmaq lazım gələcək. İslahatlar planı “yaşıl” yenidənqurma, rəqəmsallaşma və əsas Avropa dəyərləri ilə” dəqiq uzlaşmalıdır”, – Avropa Komissiyasının rəhbəri deyib.
Hələlik isə Avropa İttifaqı Ukraynaya əlavə 9 milyard avroluq yardım ayıracaq və öz müttəfiqlərini müharibədən sonra genişmiqyaslı rekonstruksiya planının müzakirəsi üçün toplayacaq.
“Ukrayna hazırda ön cəbhədədir, Avropa dəyərlərini qoruyur. Biz həm müharibə davam edənədək, həm də müharibədən sonra ölkənin bərpasında ukraynalılara dəstək verəcəyik”, – Ursula fon der Lyayyen deyib.
Onun sözlərinə görə, bunun üçün gələcəkdə yüz milyardlarla avro tələb olunacaq. Onların bir hissəsini “Böyük yeddilik” ölkələri Rusiyadan almağa calışacaq.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77648