
Ukrayna MN Rusiyanın son itkilərini AÇIQLADI
Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb.
Busaat.az xəbər verir ki, bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.
Rəsmi informasiyaya görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya ərazisindəki Belqorod şəhərində yerləşir: “Düşərgədə yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlərə qatılmaqdan imtina edirlər”.
Qeyd olunub ki, Belarusun xüsusi əməliyyat qüvvələrinin yüksəkrütbəli rəsmilərindən birinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcəklər.























