
Ukrayna Ordusu hücuma keçdi: Bu şəhərlər azad edildi
Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ komandanlığı feysbuk səhifəsində yayıb.
Məlumata görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi- siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehl döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.























