
Ukrayna ordusu Rusiyaya məxsus iri desant gəmisini MƏHV ETDİ - FOTO/VİDEO
Rusiya Ordusunun ələ keçirdiyi Berdyansk limanında RF Qara dəniz donanmasının “Orsk” iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Daha iki gəmi zədələnib, 3000 tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, – deyə məlumatda bildirilir.Oxu.az


Mənbə: Ukrainskaya Pravda























