Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.59 $▼4.83%
  • WTI neft87.63 $▼4.03%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.197 $▲5.76%
  • Qızıl4 115 $▼0.44%
  • Gümüş52.82 $▼0.56%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 574 $▼0.20%
  • Ethereum2 125 $▼0.02%
  • S&P 5007 556▲2.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

“Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik” - İlham Əliyev

image-ilham
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlətmirik. Nə demək istədiyimizi deyirik”. 

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var:

“Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir. Biz özümüz hər zaman bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı hadisədən əvvəl beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə hər zaman açıq şəkildə dəstək ifadə olunub. Bizə çatanda isə mesaj həmişə bu olub ki, gedin sülh yolu ilə həll edin. Lakin sənin ərazindən çıxmaq istəməyən işğalçı ilə necə sülh yolu ilə razılaşa bilərsən? Biz cəhd etdik. Mən, demək olar ki, 17 il cəhd etdim. Sonra biz gördük ki, bu, mümkün deyil. Sonra biz gördük ki, bizim sülh yolu ilə həll etmək istəyimiz işğalçını daha təkəbbürlü və aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni müharibə ilə bizi hədələməyə başladılar və “Qarabağ Ermənistandır” dedilər. Lakin indi nə deyirlər? İndi isə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunu kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq – necə deyərlər, öz əllərimiz və öz qəlbimizlə. Hesab edirəm ki, bizim təcrübəmiz ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=76375