Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.00 $▼2.38%
  • WTI neft86.45 $▼2.14%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.148 $▼0.32%
  • Qızıl3 870 $▲0.01%
  • Gümüş46.66 $▼1.41%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda589.00 ¢▲0.38%
  • Bitcoin64 135 $▼1.81%
  • Ethereum1 804 $▼1.65%
  • S&P 5007 467▼1.24%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Ukraynaya göndəriləcək YENİ SİLAHLAR açıqlandı

image-1648795881_screenshot_43
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Böyük Britaniya Rusiyanı qəzəbləndirəcək daha bir addım atıb.
Busaat.az bildirir ki, ölkənin müdafiə naziri Ben Uolles Britaniya televiziyasına verdiyi açıqlamada Ukraynaya göndəriləcək yeni silahları bir-bir açıqlayıb. Ölkə mətbuatı bu addım Rusiya ordusuna vurulan “son zərbə” kimi qiymətləndirilib. Belə ki, nazir “Sky News”a, “Putin artıq əvvəlki kimi güclü deyil. İndi o, öz qurduğu qəfəsdədir. Onun ordusu tükənib və xeyli itki verib. “Böyük Rusiya Ordusu” adı darmadağın edilib”, – deyə bildirib.
Ben Uolles çıxışı zamanı vurğulayıb ki, Rusiya qüvvələri yenidən qruplaşır və diqqətlərini Ukraynanın cənub və şərqinə yönəldirlər: “Bu, mülki əhaliyə, əsasən də mülki ərazilərə hücum deməkdir”.
 
O, həmçinin bəyan edib ki, İngiltərənin beynəlxalq müttəfiqləri Ukraynaya daha çox hərbi təchizat, o cümlədən zirehli texnika, uzaqmənzilli artilleriya və sursatla təmin etməyə razılaşıblar.
Britaniya Baş Qərargah rəisi Tony Radakin isə Putinin artıq müharibəni uduzduğunu bəyan edərək, “Mariupol və başqa yerlərin mənzərələri dəhşətlidir. Gələcək həftələr çətin olacaq”,  deyə söyləyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri yenilənməyib.
Ötən günlərdə Kremlə yaxınlığı ilə tanınan “Komsomolskaya Pravda” qəzeti öz saytında rus ordusunun itkilərini açıqlayaraq müzakirələrə səbəb olmuşdu. Rusiya qəzeti 9 min 861 əsgərin şəhid olduğunu, 16 min 153 əsgərin isə yaralandığını qeyd etmiş, ancaq xəbər qısa zamanda saytdan silinmişdi. Qəzet daha sonra bu xəbərin kiberhücumdan sonra dərc edildiyini açıqlamışdı.Sfera.az
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74271