
Ukraynaya silah tədarükü davam etdiriləcək - Ollonqren
Hollandiya və NATO-ya üzv olan digər ölkələr, hətta bu təchizatlar Rusiyanın hücumlarının hədəfinə çevrilsə belə, Ukraynaya silah tədarükünü davam etdirəcək.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, bunu Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri ilə görüşündə deyib.
“Ukraynanın özünü müdafiə etmək hüququ var, biz onu dəstəkləyəcəyik” – deyə Ollonqren bildirib.
Busaat.az
Sərvinaz Hacalıyeva























