Ulyanovskidəki Heydər Əliyev adına məktəbdə yeni tədris ili başladı – FOTO

Ulyanovskidəki Heydər Əliyev adına məktəbdə yeni tədris ili başladı – FOTObackend

Busaat.az  Diasporpress.az-a istinadən xəbər verir ki, Ulyanovskidəki Azərbaycan diasporunun lideri İslam Hüseynov Rusiyada yeni dərs ilinin başlaması münasibəti ilə Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə keçirilən tədbirdə iştirak edib.

Təntənəli mərasim Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan 78 nömrəli məktəbdə baş tutub.

İslam Hüseynov çıxış edərək şagirdlərə və məktəbin müəllim kollektivinə uğurlar arzu edərək hədiyyələr təqdim edib.

Sonda məktəb rəhbərliyi və şagirdlər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90