Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.91 $▼0.22%
  • WTI neft101.39 $▲0.13%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.061 $▲0.20%
  • Qızıl4 050 $▼0.30%
  • Gümüş53.95 $▼0.44%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.75 ¢▼0.08%
  • Bitcoin80 851 $▲0.06%
  • Ethereum2 352 $▲0.19%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Dünya

UNICEF-in Ermənistandakı nümayəndəsinin fəaliyyətinə xitam verildi

image-unicef-arm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Merienn ​Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi kimi səlahiyyətlərinə xitam verilib.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Sputnik Ermənistan”a bildirib.

Qərarın verilməsinə səbəb UNICEF-in Ermənistandakı nümayəndəsi Merienn Klark-Hattinqin mandatının icrasındakı çatışmazlıqlar və UNICEF nümayəndəsinin qeyri-konstruktiv iş metodu olub.

“Qərar barədə BMT-nin daimi nümayəndəsi və UNICEF nümayəndələri məlumatlandırılıb”,- deyə Naqdalyan açıqlamasında bildirib.

Daha əvvəl XİN-dən olan bir mənbə “Sputnik Ermənistan”a Klark Hattinqin ölkəni tələsik tərk etməsi barədə məlumatı təsdiqləmişdi. Verilən məlumata görə, Hattinqin Ermənistanı təcili tərk etməsi vəzifəsinin icrasında yol verdiyi səhvlərdən qaynaqlanır. Ancaq sözügedən mənbə səhvlərin nədən ibarət olduğunu açıqlamayıb.

“Mediaport” telegram kanalı isə Klark-Hattinqin Böyük Britaniyanın xeyrinə casusluqla məşğul olduğunu və bu səbəbdən Ermənistan hökumətinin onu arzuolunmaz şəxs elan etdiyini iddia edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39446