Məzmuna keç
  • Brent neft95.51 $▲0.25%
  • WTI neft88.51 $▲0.19%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 867 $▼0.08%
  • Gümüş47.66 $▲0.72%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 447 $▼1.33%
  • Ethereum1 804 $▼1.67%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çox insan xörəkləri duzlu yeməyi xoşlayır. Hətta normal olmasına baxmayaraq, dadına belə baxmadan əlavə duz tökənlər var. Bu həm vərdiş, həm xoşlamaqla bağlıdır.

Busaat.az xəbər verir ki, adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.

Artıq miqdarda orqanizmə daxil olan duz ciddi pozulmalara səbəb olur. Mayenin çıxmasını ləngidir və orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödemlərə səbəb olur. Əgər belə hal daim təkrarlanırsa, bu ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün qidalanmada duzun miqdarının azaltması həyati vacib məsələdir. Bu səbəbdən kardioloqlar öz pasiyentlərinə duzun miqdarını azaltmağı tövsiyə edirlər.

Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır.

Həmçinin böyrəklər üçün də ziyanlıdır – böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=4838