“Uşaqlıq arzuma görə “Qarabağ”a gəldim

image-junibackend

“Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo Portuqaliya mətbuatına danışıb.

Busaat.az xəbər verir ki, hücumçu Azərbaycan klubuna keçidindən söz açıb:

“Uşaqlıq arzuma görə “Qarabağ”a gəldim. Çünki mən Çempionlar Liqasında oynamaq istəyirəm. Hazırda Avropa Liqasındayıq və inkişaf edirik. Burada hər şey yaxşıdır, komandaya və məşqçimizin oyun sisteminə uyğun gəlirəm. Qısa müddətdə Azərbaycana adaptasiya oldum. Riçard Almeyda kimi həmyerlimin uzun müddət burda olması mənə kömək etdi. ”

Juninyo komandasının Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirəcəyi oyunlar barədə də fikirlərini bildirib: “Avropa Liqasının qrup mərhələsində oynamaq xəyal idi və burada tamam fərqli atmosfer var. İnanılmaz idi mənim üçün. Avropada asan oyun yoxdur. “Braqa” ilə görüşlər də çətin keçəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki