“Ümum Dünya Səhiyyə Təşkilatı koronovirus pandemiyasının bitməsində deyil, davam etməsində maraqlıdır”.
Busaat.az xəbər verir ki, bunu ÜST-ün koronavirus pandemiyası ilə bağlı maraqlarını dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.
Politoloq hesab edir ki, Ümümdünya Səhiyyə Təşkilatı sadəcə yararsız deyil, həm də zərərli təşkilatdır:
“Dənizin dibində göbələklərin araşdırılması üçün layihələrə milyonlar xərcləyən ÜST koronovirus pandemiyasının aradan qaldırılması üçün real hesab ediləcək heç bir addım atmayıb. Ayırdığı maliyyələr isə xəstəliyin simptomları ilə mübarizə hesab edilən layihələrə xərclənir, səbəbin aradan qaldırılmasına deyil.
Peyvəndin tapılması üçün bu günə qədər bir iş görməyən ÜST peyvəndin tapılmasına səbəb olacaq istənilən araşdırmanı saxta elan edir. Hər hansı bir ölkə peyvəndin əldə olunmasına yaxınlaşanda araşdırmanın dayanması üçün təzyiqlər edən Ümümdünya Səhiyyə Təşkilatı sadəcə yararsız deyil, həm də zərərli təşkilatdır. Sadəcə proqnoz verməklə işini bitmiş hesab edir.
Karantin dünyada biznesin, ticarətin yeni qaydaları ilə qəribə tərzdə əvvəldən hazırlanmış platformalar üzərindən bir qrup korporasiyanın təsəvvür edilməz dərəcədə varlanmasına səbəb olub. Bu korporasiyalar dövlətlərə bağlı deyil, fərdlərə bağlıdır və bu, daha təhlükəli tendensiyadır. Əmin olaq ki, dünya mövcud siyasi-iqtisadi idarəçiliyi, dövlətlər və beynəlxalq təşkilatlar üzərindən idarəçiliyi üsulundan korporasiyaların idarəçiliyi üsuluna keçiddədir. ÜST də bu qrupların əlində marionet bir qurumdur”.
Gülay