ÜST rəhbəri zəlzələdən zərər çəkmiş Suriyanın şimal-qərbinə səfər edib – KİV

image-414106c0c3ecae293aedf6563247ab31backend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Suriyanın şimal-qərbində, Dəməşqin nəzarətində olmayan və zəlzələdən zərər çəkmiş bölgələrə səfər edib.

Busaat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, ÜST rəhbəri zəlzələnin episentrinin yerləşdiyi Suriya ilə Türkiyə arasında Bab əl-Hava sərhəd keçid məntəqəsindən keçib. Ghebreyesus Türkiyə sərhədi yaxınlığında yerləşən üç xəstəxanaya və sağ qalanlar üçün təşkil edilmiş müvəqqəti yaşayış sığınacağına baş çəkib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 9 saat ara ilə 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyə və Suriyanın bir sıra bölgələrində dağıntı və minlərlə insan itkisinə səbəb olub. Fevralın 22-də isə Hatay vilayətində yenidən 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki