“Valensiya” ukraynalı hücumçu Yaremçuku transfer etdi

image-roman-yaremcukbackend

“Brügge”nin belçikalı hücumçusu Roman Yaremçuk karyerasını İspaniya çempionatında davam etdirəcək. Ukraynalı futbolçu “Valensiya” ilə müqavilə imzalayıb.

Busaat.az xəbər verir ki, bu barədə “yarasalar”ın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tərəflərin razılığı 2024-cü il iyunun 30-na kimi hesablanıb.

Xatırladaq ki, Yaremçuk 2017-2021-ci illərdə “Gent”də çıxış edib, sonra “Benfika”ya keçib. 2022-ci ilin yayında Yaremçuk “Brügge” klubu ilə müqavilə imzaladı. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Transfermarkt portalı bu futbolçunun qiymətini 12 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Yaremçuk “Brügge”nin heyətində bütün turnirlərdə beş oyun keçirib və dörd qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki