Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.63 $▼2.04%
  • WTI neft90.07 $▼1.51%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 073 $▲0.48%
  • Gümüş51.99 $▲0.85%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda586.25 ¢▼1.51%
  • Bitcoin75 899 $▼0.09%
  • Ethereum2 235 $▲0.01%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

“Vallex” şirkəti Azərbaycan dövlətinin əmlakını talayır”: Nə etməliyik? - RƏY

image-nocomment_ae5d4f21aecd4cc590e8efd726582084_oebfl095qsr2iykptwjv-640x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Şirkətin əldə etdiyi gəlir cərimə ödəmələri ilə birlikdə Azərbaycan dövlətinə verilməlidir”.

Bunu Xocalının Seyidbəyli kəndində qanunsuz fəaliyyət göstərən “Vallex” şirkəti haqqında fikirlərini bildirən iqtisadçı Xalid Kərimli Busaat.az-a açıqlamasında deyib.

image-xalid-kerimli

O bildirib ki, məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır: “Ölkə qanunvericiliyinə gəldikdə Xocalının Seyidbəyli kəndində fəaliyyət göstərən “Vallex” şirkəti yerləşdiyi ərazi Azərbaycan dövlətinə məxsusdur. Hətta bir misal çəkim. Yeni bir torpaq sahəsi aldığımızı fərz edək. Həmin sahədən hansısa faydalı qazıntı – neft, qızıl çıxacaqsa mülkiyyətiniz olsa belə ərazi dövlət mülkiyyəti sayılır. Dövlət sözügedən ərazini bazar qiymətinə sizdən alaraq faydalı qazıntıların çıxarılması fəaliyyətinə başlayacaq.

Müəyyən müddət və şərt qarşılığında dövlətə rüsum ödəməklə hansısa şirkətə faydalı qazıntı olan ərazidə istismar hüququ verilə bilər. Qanunsuz fəaliyyət göstərən “Vallex” şirkəti isə, Azərbaycan dövlətinin əmlakını talayır”.

İqtisadçı qanunsuz əməllərə qarşı atılması labüd addımlara toxunub: “Həmin şirkət haqda Azərbaycan Respublikası beynəlxalq məhkəməyə müraciət etməlidir. Xocalı rayonu Azərbaycan Respublikası yurisdiksiyasında olduğuna görə yerli məhkəmədə də məsələ qaldırıla bilər. Şirkətin əldə etdiyi gəlir cərimə ödəmələri ilə birlikdə Azərbaycan dövlətinə verilməlidir. Ekologiyaya dəyən ziyan da hesablandıqdan sonra konpensasiya alınmalıdır”.

Busaat.az/Ələsgər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93521