Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.53 $▲0.86%
  • WTI neft85.36 $▲0.41%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.193 $▲3.43%
  • Qızıl3 847 $▼0.79%
  • Gümüş47.03 $▼0.96%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 685 $▼1.75%
  • Ethereum1 789 $▼1.62%
  • S&P 5007 313▼1.45%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Voleybolçularımız karantinə alındı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qadınlardan ibarət Voleybol üzrə Azərbaycan millisinin iki üzvü  – Yuliya Kərimova ilə Marqarita Əzizova karantinə alınıblar.

Busaat.az Federasiyanın saytına istinadən xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova da artıq vətəndədir və o yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir.

Polşada çıxış edən hücumçumuz Marqarita Əzizova isə dünən xüsusi reyslə vətənə dönüb və karantinə alınıb.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evinə yollanacaqlar.

Komandanın digər üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək, Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadırlar.

Bununla belə, çıxış etdikləri ölkədə qalan voleybolçularımız da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçimiz Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=7028