Vüsal Cəfərov sektor müdiri təyin olundu

image-img_5208backend

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri təyinatı olub.

Busaat.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərov təyin olunub.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki