Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən – “Wi-Fi”-dan istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var.
Busaat.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, “Wi-Fi” şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:
1) Qonşularınızın istifadə etdiyi “Wi-Fi” şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan “Wi-Fi”-ların əksəriyyəti 2,4 GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.
2) Evinizdəki elektron məişət əşyaları da “Wi-Fi”-a mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4 GHz kanalında çalışır ki, bu da yeri gələndə “Wi-Fi”-a əngəl törədə bilir.
3) “Wi-Fi”-a mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem “Wi-Fi”-ya mane olur.
4) İnsan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də “Wi-Fi”-ın maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik “Wi-Fi” şəbəkəsinə təsir edir.
5) Rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.
6) “Wi-Fi” xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur. //Ölkə.az