Xalq artistinin oğlu: “Sənətkarın oğluyam”

image-gulyazbackend

Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanla  birlikdə “7 tamam” verilişində qonaq olub.

Busaat.az xəbər verir ki, sənətçi övladının daha çox rus və ingilis dillərində danışdığını bildirib.

Anasından söz salan Ramazan onunla fəxr etdiyini deyib:

“Onun övladı olmaq çox məsuliyyətlidir. Eyni zamanda böyük bir fəxrdir. Özümü çox şanslı hiss edirəm ki, sənətkarın oğluyam. Həm anamdan, həm də xalamdan çox şey öyrənmişəm. Bu ,mənim üçün çox özəl bir hissdir”.

Qeyd edək ki, Ramazan Xalq artsiti Gülyaz Məmmədovanın yeganə övladıdır. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

Ziyafət Əlisoy

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki