Xamneyinin ölüm xəbərləri iddiası haqqında son məlumat – İranda rejmin parçalanma riski nə qədərdir?

image-iran-electionsbackend

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin ölüm döşəyində olduğunu bildirən ekspertlər bunun Yaxın Şərqdə mövcudluğunu qoruyan Ayətullah rejiminin dağılması ilə nəticələnəcəyi ehtimalını real görür. Busaat.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın nüfuzlu “Express” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, İran lideri xərçəng xəstəliyindən əziyyət çəkir.

“İrandan xəbərlər gəlir ki, xərçəng səbəbiylə Xamneyinin səhhəti pisləşib. Hətta dünən onun vəfat etdiyi ilə bağlı xəbərlər yayılıb. Ancaq sonradan bu xəbər təsdiqini tapmayıb. Təsdiqlənən məlumata görə, Xamneyinin vəziyyəti son dərəcə kritikdir, o, xəstəliyinin son mərhələsindədir. Bu səbəbdən də Xamneyinin vəzifəsini heç bir tədbirə qatıla bilmədiyi üçün oğlu Müctəba Xamneyi icra edir” – deyə, nəşr qeyd edib.

Ümumiyyətlə, Xamneyinin ölümündən sonra onun yerinə oğul Xamneyinin gətirilməsi cəhdləri yaşanarsa, bu İranda narazılığa səbəb olacaq və daxili çəkişmələri sürətləndirəcək.

Henri Cekson Cəmiyyətinin (Henry Jackson Society ) Yaxın Şərq üzrə eksperti Ketrin Perez Şakdam (Catherine Perez-Shakdam) bildirib ki, daxili çəkişmələrin şiddətlənməsi İranda bütün rejimin parçalanmasına gətirib çıxara bilər.

Bundan başqa ali dini liderin ölümü İrandakı demokratik qüvvələri hərəkətə keçirə bilər. Ancaq ehtimmallardan biri də odur ki, İran rejimi özünü qorumaq üçün Xamneyinin ölümündən sonra daha sərt bir rejimə çevriləcək.

Qeyd edək ki, ali dini rəhbər ilə İranın hazırki Prezidenti İbrahim Rəsinin arasında ədavət hökm sürür. Bunu nəzərə alan Yaxın Şərq üzrə ekspert Ketrin Perez Şakdam əlavə edib: “Hələ 2017-ci ildə Rəisi Xamneyini ziyarət edərək onu xəbərdar edib ki, ambisiyaları rədd edilərsə, Rəhbərliyə qarşı ordu qurub hakimiyyəti ələ keçirəcək. Xamneyinin faktiki dini legitimliyi olmadığı üçün Rəisinin yaratdığı təhlükə ciddi qəbul edilib və onun prezidentliyə namizədliyinə icazə verilib”.

Xamneyinin çəkindiyi əsas nöqtə onun legitimliyinin İranın ilk ali dini lideri Ayətullah Xomeyni qədər möhkəm olmamasıdır. Qeyd edək ki, Xamneyi Xomeyninin ölümündən sonra onun varisi seçilib və sadəcə bundan sonra Ayətullah titulunu ala bilib. Başqa bir problem odur ki, iddialara görə ali dini lider ünvanı Xamneyidən sonra məhz hazırkı Prezident İbrahim Rəisiyə söz verilib…

“Xamneyinin oğlunu ön plana çıxarmaq üçün öz vəzifəsindən və səlahiyyətindən istifadə etməsi Müctəba Xamneyiyə qarşı qəzəb yarada bilər. Xüsusən bu vəzifə prezident Rəisiyə vəd edildiyi bir zamanda Xamneyi ailəsinin işi çətinləşib. İndi Rəisi İranda atası kimi kifayət qədər güclü bir adamdır. Rəisinin atası Əhməd Alamolhoda müqəddəs Məşhəd şəhərinin qəyyum və baş imamı olub. Məşhəd hər il milyardlarla dollar gəlir əldə edir və onun ruhanilərini qorumaq üçün öz milisləri var, bu da Tehran üçün təhlükə yarada bilər” deyə, xanım ekspert fikirlərini tamamlayıb.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90