Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.00 $▼0.28%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.152 $▼0.19%
  • Qızıl3 875 $▲0.11%
  • Gümüş47.58 $▲0.55%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.25 ¢▲0.43%
  • Bitcoin63 932 $▼2.12%
  • Ethereum1 792 $▼2.33%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Xankəndidə qələbə paradına hazırlıq - Ermənistanda isteriya yaşanır

image-parad
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabrın 8-də Xankəndində qələbə paradının keçiriləcəyi haqda yayılan məlumatlar Ermənistanda kədərlə qarşılanıb.

Busaat.az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə planlaşdırılan paradla bağlı informasiyanı tirajlayan Ermənistan mediası Paşinyan hakimiyyətini və Qarabağda ləğv edilmiş separatçı rejimin “rəhbərlərini” tənqid edir.

Erməni şərhçi Qalust Qriqoryan Xankəndidə qələbə paradının keçirilməsini “erməni xəyallarının sonu” adlandırır.

“Verelq” saytı isə paradı Paşinyan hakimiyyətinin 2018-ci ildən sonra həyata keçirdiyi siyasətin məntiqi sonluğu olaraq şərh edib.

“Hraparak” nəşri isə paradda Prezident İlham Əliyevin iştirakını xüsusilə vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi paradda Prezident İlham Əliyevin iştirak edəcəyi, qələbə mərasiminin daha sonra Şuşada davam etdiriləcəyi haqda məlumat yayılıb.

Erməni separatizminin ləğvindən sonra Xankəndidə hərbi parad hazırlığı Ermənistanda isteriya ilə qarşılanır. Bu isteriyanın paradın keçiriləcəyi gün daha da artacağı gözləniləndir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126632