Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən üç ədəd dron, dörd ədəd avtomat silahı, üç ədəd müxtəlif markalı tüfəng, üç qumbara, üç ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.