Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 922 $▲0.25%
  • Ethereum2 245 $▲0.42%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Xəzərdə partlayış: Dövlət orqanlarının bir-birinə zidd açıqlamaları - Vətəndaş sizə necə güvənsin axı?

image-photo_138125
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünən axşam saatlarında Xəzər dənizində baş vermiş partlayış insanlar arasında təlaşa səbəb oldu. İnsanların bu təlaşının səbəbi isə partlayışın dənizdəki qaz platformalarının birində baş verməsilə bağlı yayılan iddialar oldu.

Partlayışa ilk reaksiya Dövlət Neft Şirkətindən (SOCAR) gəldi. SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov sosial şəbəkə hesabından etdiyi paylaşımda qurumun birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəzanın baş vermədiyini bildirdi. Əhmədov paylaşımda partlayışın palçıq vulkanından qaynaqlandığı ehtimalı üzərində durulduğunu da qeyd etdi. Lakin bir qədər sonra SOCAR-ın mətbuat xidmətinin rəhbəri paylaşımdakı “palçıq vulkanı” hissəsini sildi. Bu da vətəndaşlar arasında narahatlığı daha da artırdı. Çünki analoji hadisələr əvvəllərdə baş vermişdi. Öncə təkzib yolunu tutan dövlət orqanları daha sonra yayılan iddiaları doğrulamaq məcburiyyətində qalmışdı.

Vətəndaşlara aşılanan bu güvənsizlik duyğusu fonunda davam edən qeyri-müəyyən durumla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də açıqlama verilərək partlayışa vulkan püskürməsinin səbəb olduğu bildirildi.

Ancaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev partlayış baş verən ərazidə palçıq vulkanın olmadığını bildirmişdi.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə açıqlamasında əlamətlərin palçıq vulkanına işarə etdiyini vurğuladı.

Amma Fövqəladə Hallar Nazirliyinin açıqlaması isə bütün bu qeyri-müəyyənlikləri geridə qoyaraq insanın “əlini üzündə qoyan” tərzdə oldu.

FHN-in açıqlamasında quruma “hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmadığı” bildirildi.

Bəli, ölkənin su sərhədi daxilində partlayış baş verir, lakin dövlət qurumları “top atdı” oynayır. Sonra da deyirlər ki, vətəndaş niyə bizi “top tutur”? Qardaş, siz topu bir-birinizə atanda vətəndaş da elliyinizə atacaq da bəs!

Bir palçıq vulkanının partlaması bu kimi fövqəladə hallara necə hazırlıqsız olduğumuzu göstərdi. Allah eləməmiş, sabah Bakıda zəlzələ olsa, halımız necə olacaq?! FHN deyəcək ki, bizə məlumat daxil olmayıb? Edərlər, bunu da edərlər!

P.S. – Gecə insanların əksəriyyətini “jurnalistlər harada ölüb?” tipli paylaşımlar etdi. Həmin şəxslərə bildirmək istəyirəm ki, FHN-in hələ səhər gedib çıxa bildiyi əraziyə jurnalist hansı hünərilə gedə bilərdi? Jurnalistin şəxsi helikopterimi var, ya jurnalist supermendirmi? Odur ki, əziz vətəndaşlar, tənqid edərkən, heç olmaya, sizlər obyektiv tənqid metodunu tutun!

Emin

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51350