Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.40 $▲1.81%
  • WTI neft86.49 $▲1.74%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.202 $▲3.73%
  • Qızıl3 859 $▼0.46%
  • Gümüş47.32 $▼0.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.75 ¢▲2.21%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 788 $▼1.67%
  • S&P 5007 328▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Xocalı cəlladı ömürlük HƏBSƏ GEDİR - FOTO

image-1690714850_64c632c12e420202307235201
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xocalı qatili Vaqif Xaçatryanın həbsi ona nə qədər cəza veriləcəyi məsələsini aktuallaşdırıb.

Tribunainfo.az məlumat verir ki, Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb olunan şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var.

CM-nin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) maddəsinin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı oladaq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Eyni məcəllənin 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddəsi ilə təqsiri sübuta yetirilən şəxsi isə 10 ildən 15 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hər iki maddə xüsusilə ağır cinayətlər kataqoriyasına aiddir. Beləliklə, Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116543