Xorvatiya Şengen zonasına qoşulur, Rumıniya və Bolqarıstanın üzvlüyündən imtina edildi

image-xorvatiya_1636614195backend

Xorvatiya Avropanın pasportsuz səyahət zonasına qoşulacaq, lakin Rumıniya və Bolqarıstan kənarda qalıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Euronews yayıb.

Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələri bu gün yuxarıda adı çəkilən üç dövlətin Şengen zonasına daxil olub-olmaması ilə bağlı səsvermə keçiriblər.

Xorvatiya Şengen üzvü olan 26 ölkədən yekdil dəstək alıb.

Lakin Avstriya hazırlıqlarının tam olmamasını əsas gətirərək Rumıniya və Bolqarıstanı bloklayıb. Hollandiya Rumıniyanın təklifini dəstəkləsə də, Bolqarıstanın təklifinə qarşı çıxıb.

Xorvatiya 2013-cü ildən, Rumıniya və Bolqarıstan isə 2007-ci ildən Avropa İttifaqının bir hissəsidir. Amma indiyədək onların heç biri Şengen zonasına daxil olmayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90