Xurşidbanu Natəvanın kötücəsi: “Ermənistan küçə uşağını xatırladır” – MÜSAHİBƏ+FOTO

Xurşidbanu Natəvanın kötücəsi: “Ermənistan küçə uşağını xatırladır” – MÜSAHİBƏ+FOTObackend

Almaniyada yaşayan, Leverkuzen şəhərində yəhudi təşkilatının sədri olan Bakı sakini Lev İsmixanov-Leytman alman ictimaiyyətinə Azərbaycan.

“Təəssüf ki, alman ictimaiyyətinin Qarabağ münaqişəsi və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətlərlə bağlı məlumatları azdır. Buna görə də Azərbaycanın ədalətli mövqeyini dünya birliyinə çatdırmaq çox vacibdir. İndi bu istiqamətdə işlər davam edir, lakin onu gücləndirmək lazımdır”, – deyə L.İsmixanov-Leytman Media.Az-a müsahibəsində bildirib.

Oxu.az

Bugünkü hadisələrə münasibət bildirən L.İsmixanov-Leytman qeyd edib ki, Ermənistan problemi sülh yolu ilə həll etmək əvəzinə, İsrail daxil olmaqla hamını sırf Azərbaycana silah satdığı üçün günahlandırır:

“Ermənistan çirkli fəndlər oynayan və sonra böyük güclərin arxasında gizlənməyə çalışan küçə uşağını xatırladır. Ancaq bütün dünya artıq həqiqətin kimin tərəfində olduğunu başa düşür”.

O Bakıda keçirdiyi uşaqlıq dövrünü xatırlayaraq hər kəsin sülh və əmin-amanlıq içində yaşadığını deyib.

“Mənim ulu nənəm sonuncu Qarabağ xanının qızı, Azərbaycan şairi Xurşidbanu Natəvandır. Ana babam Şuşada doğulub, böyüyüb. Ona görə də, damarlarımda yəhudi qanı ilə yanaşı azərbaycanlı qanı da axır. Nənəm həmişə hərarətlə Şuşadakı həyatdan danışırdı. O zaman hələ ermənilərlə sülh içində yaşayırdılar. Bu səbəbdən Qarabağ problemi mənə çox yaxındır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyi zamanı səbirsizliklə gözləyirəm”, – deyə L.İsmixanov-Leytman yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90