Xüsusi karantin rejiminin müddəti uzadıldı – QƏRAR

Xüsusi karantin rejiminin müddəti uzadıldı – QƏRARbackend

Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Yenicag.az-ın məlumatına görə, qərarda deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90