Venesuela Kolumbiya ilə 2019-cu ildə bağlanan qərb sərhədlərini 2023-cü il yanvarın 1-dən tam açacaq.
Busaat.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro hərbi-siyasi komandanlıqla görüşündə bildirib.
“Biz Kolumbiya ilə bütün qərb Venesuela sərhədini motosikletlərin, yük maşınlarının, minik avtomobillərinin keçməsi üçün tam açacağıq. Biz hər şeyi yanvarın 1-də açmağa hazırlaşırıq, 2023-cü ildən başlayaraq bu sərhədlər işlək və sərbəst olacaq” – deyə, Maduro qeyd edib.
Qeyd edək ki, Venesuela ilə Kolumbiya arasında diplomatik münasibətlər 2019-cu ilin fevralında Venesuelaya humanitar yardım göndərilməsi ilə bağlı sərhəd böhranı fonunda pozulub.
Busaat.az