Səfir: “Rusiya və Venesuela heç kimin ağalığına dözməyəcək”

image-venesuelabackend

Rusiya və Venesuela yekdildir ki, heç kimin onlara hakim olmasına imkan vermirlər və həmişə müstəmləkəçiliyə qarşı olublar.

Busaat.az xəbər verir ki, bu barədə Venesuelanın Moskvadakı səfiri Xesus Rafael Salazar Velaskes birinci Rusiya-Venesuela Gənclər Forumunda deyib.

O, qeyd edib ki, Venesuela və rus xalqlarının çox böyük ortaq cəhətləri var.

“Birincisi, biz öz xarakterimizdə min illər əvvəl formalaşmış xalqıq. Həmişə müstəmləkəçiliyə qarşı mübarizə aparmışıq. Dilimizi saxlamışıq. Rusiya heç vaxt heç kimin müstəmləkəsi olmayıb. Rusiya və Venesuela həmişə bir-birini dəstəkləyib. Siyasətdə, iqtisadiyyatda və bütün digər sahələrdə çox güclü ittifaqımız var”, – Velaskes söyləyib.

“Biz heç kimin, heç bir imperiyanın bizə hakim olmasına, sərhədlərimizi pozmasına icazə vermirik”,- diplomat əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki